Sabunçu rayonun bu ərazisində işıqlar KƏSİLƏCƏK

14:56 04.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Hafta.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 4-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.